“The Guardian” qəzetinin əməkdaşı Ərdoğanı təhdid edib
“The Guardian” qəzetində prezident Ərdoğan haqqında Simon Tisdal imzalı, tənqid dolu, təhdidli ifadələrin də olduğu yazıya yer verilib.
Musavat.com bu barədə Türkiyə mediasına istinadən məlumat verir.
“Ərdoğan yalnız bir yolda hərəkət edir, o da məhv etməkdir. O, Türkiyəni özü kimi aşağı çəkməyə çalışır” – başlıqlı məqalədə Ərdoğan haqqında ağır ittihamlara yer verilib.
Böhtan dolu yazıda Ərdoğanın yeni Türkiyə yaratmaq istədiyi, lakin keçmiş Türkiyənin onun bu addımlarından yorulduğu qeyd olunub.
Məqalədə həmçinin 23 iyun İstanbul seçkilərinə də yer verilib. Yenilənən İstanbul seçkilərində şəffaflığın və xalqın iradəsinin əskiksiz bir şəkildə təmin edilməsi gözardı edildiyi kimi, Ərdoğana da “diktator” deyə müraciət olunub.

The Guardian açıq şəkildə Ərdoğanı təhdid etdi
Simon Tisdal imzalı yazıda “16 illik hakimiyyəti müddətində Türkiyənin müasir xəlifəsi olan Ərdoğan qorxunc işlər görüb. İndi də bunların hesabını ödəyəcək” – deyə qeyd olunub.
Terror təşkilatı olan FETÖ-nün idarə etdiyi bir saytdan əldə edilən məlumatı yazıya əlavə edən “The Guardian”da Ərdoğanın Amerikanın 15 iyul çevrilişini dəstəklədiyi və FETÖ lideri Fətullah Güləni himayə etməsi məsələsinə də yer verilib. Lakin Gülənin niyə hələ də ABŞ-ın himayəsində olması məsələsinə toxunulmayıb.
Bütün bunlarla kifayətlənməyən qəzet Türkiyənin daxili məslələrinə də qarışmağı unutmayıb. Yazıda Ərdoğanın “Patriot”ların yerinə “S-400”-lər alması və Şərqi Akdənizdə qazma işləri həyata keçirməsi məsləsinə də toxunularaq, bu addımın hətta Ərdoğanın aqressiv siyasətini belə, aşdığı qeyd olunub.

