Tibb mərkəzinin sahibi azərbaycanlı sevgilisini güllələdi (FOTOLAR)
Türkiyənin İstanbul şəhərində azərbaycanlı qadın güllələnib.
“Minval.info” azxeber.com-a istinadən xəbər verir ki, güllələnən qadının adı Aidadır.
Hadisə İstanbulun Avcılar ərazisində yerləşən özəl tibb mərkəzində baş verib.
Xəstəxananın sahibi olan Celal T. adlı həkim yanında çalışan Aidanı güllələyib. 3 yaşlı uşaq anası olan qadın ağır yaralanıb.
Polis Celal T.-ni saxlanyıb.
Həmyerlimiz xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.



XƏBƏR LENTİ
2025/11/19 14:22

