Tibilisi-Bakı qatarı yolda qaldı
Dünən axşam saat 20:35-də Tbilisidən Bakıya yola düşən sərnişin qatarı hələ də Bakıya çatmayıb.
Minval.info Lent.az-a istinadən xəbər verir ki, qatar təxminən 4 saatlıq gecikmə ilə hərəkət edir. Məlumata görə, Böyük Kəsik stansiyasında elektrik verilişində baş vermiş ayrılma səbəbindən qatar xeyli ləngiyib.
Azərbaycan Dəmir Yolları Qapalı Cəmiyyətindən bildirilib ki, Tbilisi-Bakı qatarı saat 12:00-da mənzil başına çatacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

