Tiflisin mərkəzi küçələri etirazçılardan tam təmizlənib – FOTO
Tiflisin mərkəzi küçələri etirazçılardan tam təmizlənib.
“Report”un yerli bürosu xəbər verir ki, gecə saatlarında polis gözyaşardıcı qaz və su şırnağı maşını ilə etiraz aksiyasını dağıdıb.
Etirazçılar hakim Gürcü Aruzu Partiyasının Rustaveli prospektindəki ofisinə daxil olublar. Onlar partiyanın kiçik və böyük bayraqlarını yandırıblar.
Aksiya iştirakçıları səhər saatlarında polis maşınını aşırıb, dəyənəklərlə maşını yararsız hala gətiriblər və polislərə daş atiblar.
Polis bir neçə etirazçını saxlayıb.
Hazırda şəhər mərkəzində vəziyyət sakitdir. Bağlanan bütün yollarda avtomobillərin hərəkəti bərpa olunub.
Müxalif Vahid Milli Hərəkat Partiyasının liderləri aksiyanın bu gün parlament qarşısında bərpa olunacağını bildiriblər.

XƏBƏR LENTİ
2025/11/19 14:22

