Tofiq Bəhramov adına stadion niyə bərbad vəziyyətdədir? – AFFA-dan açıqlama

Tofiq Bəhramov adına Respublika Stadionunun bərbad durumda olması müzakirələrə səbəb olub.
Hətta “Aberdin”-“Qarabağ” oyunundan sonra Şotlandiya klubunun idarə heyətinin rəhbəri Deyv Kormak da stadionun acınacaqlı vəziyyətinə görə etirazlarını bildirmişdi.
Minval.info xəbər verir ki, AFFA İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla Respublika stadionu haqqında Yenisabah.az-a açıqlama verib.
O, stadionun AFFA-nın səlahiyyətində olmadığını qeyd edib:
“Tofiq Bəhramov adına Respublika stadionu AFFA-nın balansında olmadığı üçün orada hər hansı təmir-bərpa işlərinin aparılması AFFA-nın saəlahiyyəti və öhdəliyinə daxil deyil”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

