Tokio-2020: Azərbaycan 11-ci qızıl medalını qazanıb

Azərbaycan üzgüçüsü Vəli İsrafilov Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
“Minval.info”un məlumatına görə, o, 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1 dəqiqə 04.86 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb.
İsrafilov həmçinin paralimpiada rekordunu da qırıb.
Qeyd edək ki, hazırda aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu yerdə qərarlaşıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

