Tolik efirdə üsyançı Xatirə və Nadiri qınadı: “Pul almısınız…” – Video
Bu yaxınlarda fəxri ad alanlar sırasında müğənni Nadir Qafarzadə və həmkarı Xatirə İslam öz isimlərini görə bilmədiyindən bununla barışmadı. Onlar bu üzdən sosial şəbəkə vasitəsilə narazılıqlarını bildirdi. Lakin məsələ şişdikdən sonra Nadir Qafarzadə alovlu çıxışını özündə əks etdirən videonu hesabında sildi.
Minval.info xəbər verir ki, prodüser Tarix Əliyev müğənnilərin bu münasibətilə əlaqədar fikirlərini bildirib.
O, sənətçiləri etiraz etdiyinə görə qınayıb və səbrli olmağa çağırıb:
“Hər şeyi tez istəyirik. Müğənni onun üçündür ki, tədbirlərdə oxusun, əsgərlərin önündə çıxış etsin. Biz bunu nəyəsə görə etmirik. Bu, borcumuzdur. Müğənnilər var, illərdir oxuyurlar, amma onları dövlət tədbirlərinə çağırmırlar. Nadir və Xatirəni çox istəyirəm, səbrli olsunlar. Bununla düşmənlərini sevindirirlər. Onsuzda azad, demokratik ölkədə yaşayırıq, hər kəs istədiyi sözü deyə bilər. Amma hər şey vaxtında olan zaman gözəldir. Hətta uşaq anasından “pəpə” istəyəndə bu, dadlı olmur, özü yeyəndə daha ləzzətli olur. Nadir də, Xatirə də əllərini çırmalasın, Heydər Əliyev Sarayında konsert versinlər, sevənlərini yığsınlar oraya”.
Tarix Əliyev bildirib ki, X.İslamla müqayisədə sənətdə yeni müğənnilər var, amma ondan daha çox konsert veriblər: “Xatirə müxtəlif bölgələrdə, saraylarda konsert versin. Əməkdar artist adı – əmək verən artistdir, qurban olum sizə. O zaman hamımız deyək “mən 16 ildir bu işdəyəm”, “gözümüz aydın” söyləyəcəklər bizə. Toylara pul qazanmağa, tədbirlərə də öz adımıza görə getmişik”.
Minval.info

