Tolik Sevil və Sevinci “yıxıb-sürüdü”: “Röyaya görə…”
Prodüser Tarix Əliyev (Tolik) müğənnilər Sevil və Sevinc Səfərova arasında mübahisə düşüb.
Minval.İnfo xəbər verir ki, Tolik aparıcısı olduğu “Hər şey daxil” verilişində əkizlərlə küsülü olduğunu deyib: “Əvvəl dost olmuşuq, indi “salamımız” yoxdur. O demək deyil ki, hər zaman onları tərifləməliyəm”.
Tolik Sevil və Sevincin müğənni Damla haqqında dediyi “Damla paxıldır. İnsanın nə xeyrinə, nə də şərinə yarayır” sözlərinə münasibət bildirib: “Damla Sevil Sevincə paxıllıq edən müğənnidir? Necə onu ittiham edə bilərlər? Səmimilikdən danışırlar. Amma Röya Ayxana görə mənimlə münasibəti korlayıblar. Məni sosial şəbəkədə siliblər. Bu, səmimilikdir?”
Əldə etdiyimiz məlumata görə, Tolik 8 Mart bayramı ilə bağlı Sevil və Sevinc bacılarını verilişinə dəvət edib. Onlarla birgə Röyanı da qonaq çağıran Toliklə bacıların arası dəyib. Çünki Sevil və Sevinc bacıları Röya ilə küsülüdürlər.
Minval.İnfo


