Toliki kimlər işdən çıxartırmaq istəyir? – “Gedib orada-burada deyirlər ki…”
Tarix Əliyev (Tolik) bu gün aparıcısı olduğu “Hər şey daxil”in əlindən alınmağı üçün adını açıqlamadığı bəzi müğənnilərin çox çalışdıqlarını diqqətə çatdırıb.
“Minval.İnfo” xəbər verir ki, prodüser həmin məşhurların əməkdar artistlər olduğunu qeyd edib.
Tolik onu hədəf alan əməkdar artistlərə söz atmağı da unutmayıb: “Bir-iki əməkdar artist müğənnilər var, gedib orada-burada deyirlər ki, “Toliki işdən çıxartdıracağam”. Məni işdən çıxardacaq şəxs kanalın prezidentidir. O, mənim işimə xitam verə bilər.
Müğənninin buna heç bir səlahiyyəti yoxdur. Gedib orada-burada boş-boşuna danışmayın. Siz kimsiniz ki? Siz bəlkə də hansısa qurumda işləyirsiniz və kiməsə görə bu həyatda nəyəsə nail olmusunuz. Amma səhv salmayın. Mənim 40 yaşım var”.
“Minval.İnfo”

