Toliklə Elza arasında qalmaqal: “Nə demişəm, əcəb eləmişəm” – FOTO
Əməkdar artist Elza Seyidcahan aparıcı Tarix Əliyevi (Tolik) məhkəməyə vermək qərarına gəlib. Tarixin buna cavabı isə sərt olub.
Minval.info xəbər verir ki, Tarix Əliyev öz “İnstagram” hesabından Elza Seyidcahanın şeir dediyi bir videonu paylaşıb və öz şərhini verib:
“Sən dur Azərbaycan xalqına öz pişiyindən, itindən danış, zövqsüz de, biz də əl çalaq? Mən həmişə demişəm, deyəcəyəm də. Bəlkə üzr istəyim? Yuxuda görərsiniz. Demişəm, əcəb də eləmişəm”.
Tolikin paylaşdığı video Elza Seyidcahanın şeir dediyi videonun sonunda it səslərinin əlavə edilib, o, məsxərəyə qoyulur.
Qeyd edək ki, əməkdar artist “Deyirlər Damlanı və köməkçisini məhkəməyə vermişəm. Xeyr, mən onları yox, Toliki məhkəməyə verəcəyəm. Verilişində mənim adımdan yalan sözlər danışıb” – deyə açıqlama vermişdi.
Minval.info


