“Tottenhem” klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb
İngiltərənin “Tottenhem” klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Minval.info “Mirror”a istinadən xəbər verir ki, London təmsilçisində 6 nəfərin testi müsbət çıxıb.
Lakin onların neçəsinin futbolçu olduğu açıqlanmayıb.
Qeyd edək ki, Antonio Kontenin baş məşqçi olduğu komanda dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin VI turunda Fransa “Renn”ini qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

