Tovuzda zəncirvari avtomobil qəzası – FOTOLAR
Tovuz rayonunda zəncirvari avtomobil qəzası baş verib.
Hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.
Minval.İnfo-nun bölgə müxbiri xəbər verir ki, hadisə zamanı üç avtomobil toqquşub. Nəticədə 1992-ci il təvəllüdlü Mirzə Eyyubov və 1954-cü il təvəllüdlü Namaz Məcid oğlu Namazov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hər iki yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22





