Tovuzda avtomobil dərəyə aşıb, yaralananlar var- FOTO
Tovuz rayonunda avtomobil dərəyə düşüb, yaralılar var.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Kirən kəndi ərazisində baş verib.
Belə ki, “VAZ-2106” markalı avtomobil kərəkətdə olarkən idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə bir neçə nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

