Tovuzda evdən 4500 manat oğurluq edilib

Tovuz rayonunda evdə oğurluq hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Minval.info-ya məlumat verilib.
Belə ki, oğurluq etdiyinə görə tutulan Ə.Cəfərovun ətrafında Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun rayon ərazisindəki bir evdən 2 000 manat pul və 2 000 manat dəyərində qızıl-zinət əşyaları, bir evdən isə 400 manat dəyərində qızıl üzük oğurlaması da müəyyən edilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

