Tovuzda orta məktəb binası yanır
Tovuzda orta məktəb binasında yanğın başlayıb.
ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb. Kənd orta məktəbində baş verən yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğının başvermə səbəbləri məlum deyil.
XƏBƏR LENTİ
2025/11/19 14:22

