Tovuzda qəza zamanı 8 yaşlı uşaq xəsarət alıb
Tovuz şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, Musa Musayev küçəsində qeydə alınan qəza zamanı 8 yaşlı yerli sakin Nərmin Yusibova xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

