Tovuzda qohumlar arasına silahlı insident oldu – Səbəb
Tovuz rayon sakini öz qohumunu güllələyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Minval.info-ya verilən xəbərə görə, hadisə atın otlaq sahəsinə bağlanmasına görə baş verib.
Tovuz rayon Abulbəyli kənd sakini, 1993-cü il təvəllüdlü Fuad Rahim oğlu Əliyev özünə məxsus tüfənglə qohumu, 1990-cı il təvəllüdlü Eldəniz Zirəddin oğlu Kərimovu topuğundan güllələyərək, hadisə yerindən qaçıb.
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyatla o tutulub və istintaqa təhvil verilib.
Sağ topuğundan yaralanan E.Kərimov Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

