Tovuzda zəncirvari qəza – FOTO
Hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.
Minval.İnfo xəbər verir ki, 60-BV-117 dövlət nömrə nişanlı VAZ 21-07, 44-BS-437 dövlət nişanlı VAZ 21-07 və 60-BP-966 dövlət nömrə nişanlı QAZ 31-10 markalı minik maşınları toqquşub.
Qəza zamanı nəqliyyat vasitələrinin sürücü və sərnişinləri xəsarət almayıb. Hər üç maşına ciddi ziyan dəyib.
Yol nəqliyyat hadisəsinin baş vermə səbəbləri araşdırılır.







XƏBƏR LENTİ
2025/11/19 14:22

