Toy karvanında qəza – Yaralılar var + Fotolar
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 215-ci kilometrliyində toy karvanı qəzaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Göyçayın Natavan küçəsində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, toy karvanında hərəkət edən minik maşını qarşı tərəfdən gələn digər minik avtomobili toqquşub. Qəza nəticəsində hər iki sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rəşad Türkoğlu






XƏBƏR LENTİ
2025/11/19 14:22

