Toya gedib yasa düşdülər – Bir ölü, üç yaralı
Qubada yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Püstəqasım kəndində qeydə alınıb.
“Vaz-2107” markalı avtomobilin qaz xəttinə çırpılması nəticəsində 61 yaşlı Elmira Məmmədova həyatını itirib.
Daha üç nəfər – Timiryazev kənd sakini 39 yaşlı Gülnarə Quliyeva, Xaçmazın Müzəffəroba kənd sakini 26 yaşlı Şəlalə Mütəllimova və 6 yaşlı Dilşad Məmmədova xəsarət alıb. Onlar Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
Məlumata görə, ailə toydan qayıdırmış.
XƏBƏR LENTİ
2025/11/19 14:22

