Tramp ABŞ-ın BMT-də daimi nümayəndəsi postuna namizədini açıqlayıb
ABŞ prezidenti Donald Tramp ölkənin BMT yanında daimi nümayəndəsi postuna Kelli Kraftın namizədliyini irəli sürüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, o bunu “Twitter”də yazıb.
“Mən bizim hazırda Kanadadakı səfirimiz Kelli Nayt Kraftın Birləşmiş Ştatların BMT yanında daimi nümayəndəsi postuna namizəd olduğunu xəbər verməyə şadam”, – deyə o yazıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

