Tramp açıqladı: “Türkiyə ilə buna görə savaşırıq”
“Türkiyədə həbsdə olan keşiş Bransonun azadlığa buraxılması üçün savaşırıq”
Minval.İnfo xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə “Evangelist” cəmiyyətinin üzvləri ilə görüşü zamanı danışıb.
Məlumata görə, Tramp çıxışı zamanı keşiş Branson məsələsinə xüsusi diqqət ayırıb. O, Bransonu gətirməyə çalışdıqlarını və bunun üçün mübarizə apardıqlarını deyib: “İstənməyən hərəkətlərin baş verməməsi üçün çalışırıq, bunların qarşısını alırıq. Aralarında Cənubi Koreyadakı bir rahib olmaq şərti ilə girovları evlərinə qaytara bildik. Rahib Bransonun da Türkiyədən geri gətirilməsi üçün savaşırıq və böyük addımlar atılıb”.
Qeyd edək ki, “Evangelist”lərin böyük hissəsi seçkilər zamanı Trampa səs veriblər. Tramp çıxışı zamanı buna da toxunub: “Özümü günahkar hiss etmirəm. Çünki verdiyiniz səslərin qarşılğını görürsünüz”.
Minval.İnfo


