Tramp impiçment səsverməsində onun əleyhinə səs verən senatoru satqın adlandırdı
ABŞ prezidenti Donald Tramp dünən Senatda impiçment proseduru ilə əlaqədar keçirilən səsvermədə onun əleyhinə olan respublikaçı senator Mitt Romnini ikiüzlü adlandırıb.
Məlum olduğu kimi, Senat üzvlərinin 52-si hazırkı prezidentə qarşı vəzifə səlahiyyətlərinin aşması ilə bağlı Nümayəndələr Palatası tərəfindən irəli sürülən ittihamla razılaşmayıb. Prezidentin hakimyyətdən kənarlaşdırlması üçün isə 67 senatorun dəstəyi lazımdır. Respublikaçı düşərgədən Demokrat partiyasının tərəfinə keçən tək isim Yuta ştatının senatoru Mitt Romni olub.
Xatırladaq ki, Mitt Romni 2012-ci il seçkilərində prezident Barak Obamanın qarşısına Respublikaçılar partiyasının vahid namizədi olaraq çıxmışdı.
“Əgər bu uğursuz namizəd öz qəzəb və enerjisini, indi riyakarcasına mənə qarşı deyil, qərarsız və fərsiz Barak Obama üzərində qələbə çalmaq üçün xərcləsəydi, o, həmin vaxt seçkiləri də udardı. Heç olmasa stenoqramları oxuyun”,-deyə ABŞ prezidenti Mitt Romniyə qarşı qəzəbini bu sözlərlə ifadə edib.
ABŞ Nümayəndələr palatasının spikeri Nensi Pelosi isə səsvermə ilə bağlı məyusluğunu mətbuat qarşısında gizlətməyib. O, Ağ Evin rəhbərini ölkə demokratiyası üçün ən böyük təhdid adlandırıb.
“Bu gün prezident və respublikaçılar qanunsuzluğu bir norma halına gətirərək, konstitusiyada bəyan edilən çəkindirmə və tarazlıq kim prinsipi kənara atdılar. Hazırkı prezident ABŞ demokratiyası üzərində daimi bir təhlükədir. Çünki bu adam özünü qanunun üzərində görür və istədiyi vaxt seçkiləri saxtalaşdıracağını zənn edir”,- deyə Nensi Pelosi bəyanatında bildirib.
Musavat.com


