Tramp prezidentliyi dövründə nə qədər itirib? – Şok məbləğ açıqladı
ABŞ Prezidenti Donald Tramp prezident olduğu müddətdə 5 milyard dollar itirdiyini bəyan edib.
APA-nın “NBC News”a istinadən verdiyi xəbərə görə, D. Tramp tez-tez məhkəməyə verilməsi səbəbindən əsasən vəkillərin xidmətinə görə pul ödədiyini deyib.
“Prezidentlik mənə çox baha başa gəlib. Çox güman ki, 3 milyard dollardan 5 milyarda qədər itirmişəm. Lakin çox möhtəşəm iş gördükdə, bu, o qədər də əhəmiyyətli deyil”, – deyə ABŞ Prezidenti bildirib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

