Tramp: Rusiya adamlarının əksəriyyətini Venesueladan çıxardı
Rusiya öz adamlarının əksəriyyətini Venesueladan çıxarıb.
Publika.az xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.
“Rusiya bizə məlumat verdi ki, öz adamlarının əksəriyyətini Venesueladan çıxardı”, – Tramp təfərrüatlarına toxunmadan tvitterdə yazıb.
Daha əvvəl anonim mənbəyə istinadən “The Wall Street Journal” bildirib ki, Rusiya Venesueladakı mütəxəssislərinin sayını bir neçə dəfə azaldıb.
Qeyd edək ki, Vaşinqton daha əvvəl dəfələrlə Moskvanı Venesuela prezidenti Nikolas Maduroya dəstəyini dayandırmağa və ölkəni tərk etməyə çağırıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

