Tramp “Samsunq” şirkətini ittiham etdi: “Mesajlar hardadı?”
ABŞ prezidenti Donald Tramp Cənubi Koreya şirkəti olan “Samunq”-u 50 min mesajın itməsində günahlandırıb.
Minval.İnfo xəbər verir ki, “Rusiya işi” üzrə istintaq işində vəzifədən kənarlaşdırılan xüsusi prokuror Robert Müllerin FBI-da yüksək vəzifə tutan Piter Strzokun və FBI-nın hüquqşünası Liza Peycin gizli yazışmaları silinib.
Bu haqda məlumatı prezident öz “Twitter” səhifəsində yazıb:” FBI əməkdaşları olan Liza Peycin və Piter Strjokun 50 mindən artıq vacib yazışmaları hardadı? Samsunq günahkardı!” – deyə Tramp bildirib.
Qeyd edək ki, daha öncə KİV-də FBI-nın və ABŞ-ın ədliyyə nazirliyində Trampa qarşı “gizli mesajların” silindiyini bildiriblər.
Zeynəb
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22


