Tramp və Kim Çen In görüşünün yeri açıqlandı
ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında görüş fevralın sonunda Vyetnamın Dananq şəhərində keçiriləcək.
Oxu.Azxəbər verir ki, bununla bağlı “Kommersant” nəşri mənbəyə istinadən məlumat yayıb.
Mənbə görüşün keçiriləcəyi tarixi açıqlamayıb.
Xatırladaq ki, liderlər arasındakı ilk görüş 2018-ci ilin iyununda Sinqapurda keçirilmişdi. Görüş zamanı Koreya yarımadasının tam nüvəsizləşdirilməsi və sülhün təmin edilməsi, ABŞ-Şimali Koreya əlaqələrinin normallaşdırılması müzakirə edilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

