Trampı biabır edən kitabın əsasında serial çəkilir
Amerikalı jurnalist Maykl Vulfun qalmaqallı “Od və qəzəb: Trampın Ağ Evində” kitabı əsasında serial ekranlaşdırılacaq. Bu haqda məlumatı , “The Hollywood Reporter” jurnalı məlumat verib.
Minval.İnfo xəbər verir ki, Endeavor Content şirkəti bestsellerə serial çəkmək üçün hüquqi sənəd əldə edib.
Qeyd edək ki, “Od və qəzəb: Trampın Ağ Evində” kitabı yanvar ayının 5-dən satışlara verilib və bu bestseller “Amazo” , “The New York Time” qəzetinin internet satışında rekord qırıb.
Kitabda prezident, ailəsi və onun ətrafını nüfuzdan salan məlumatlar, şərhlər yer alıb. Vulf təsdiq edir ki, prezident hazırkı vəzifəsini icra etmək üçün intelektual biliyə malik deyil, məsləhət dinləmir və informasiyanı qəbul edə bilmir.
Zeynəb
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

