Trampın anti-müsəlman sifəti…

Nəzakət Məmmədova: “ Verilən təlimatın nəticəsi ola bilər”

Müsəlmanlara qarşı aqressiv münasibəti ilə seçilən, bunu zaman-zaman önə çıxarmaqdan çəkinməyən Amerika prezidenti Donald Trampın bu mövqeyi ciddi etiraz doğurur. Xüsusilə, onun “Twitter”də paylaşdığı son iki paylaşım qınaq obyektinə tuş gəlməklə yanaşı, paylaşıma yazılan rəylərdə Ağ Ev sahibi sərt şəkildə tənqid olunur.

40 milyon izləyicisi olan Tramp öncə radikal ingilis sağçı Cayda Fransen adlı istifadəçinin paylaşdığı videonu öz izləyiciləri ilə bölüşüb. Videoda gənc oğlanın avropalı olduğu deyilən fiziki əngəlli birini döydüyü görüntülər yer alıb. C.Fransen hücum edən şəxsin müsəlman olduğunu iddia edib.

İkinci paylaşımdakı videoda isə uzun saqqallı bir kişinin “Məryəm ana” heykəlini qırması əks olunub.

Trampda müsəlmanlara olan mənfi münasibətin bu qədər yüksək olması daim suallar doğurur. Bununla bağlı ən müxtəlif fikirlər var. Çoxları bunu onun siyasi savadının az olması ilə əlaqələndirir. Bunun şəxsi xarakterindən doğduğunu düşünənlər də az deyil. Trampı hakimiyyətə gətirən dairələrin də burada rolunun az olmadığı, Ağ Ev sahibin məhz onların diktəsi ilə bu cür mövqe sərgilədiyi də iddia olunur.

Maraqlıdır ki, Tramp bir tərəfdən müsəlman ölkəsi olan Səudiyyə Ərəbistanıdan 3 milyonluq dəyərində silah alır, digər tərəfdən də bu cür müsəlmanlara qarşı münasibət sərgiləyir. Siyasi ekspertlər bu halın uzun çəkməyəcəyini, hələ 3 il prezidentlik müddəti qalan Trampın dövründə onun bu münasibətinin Amerika ilə müsəlman ölkələri arasındakı əlaqələrə ciddi zərbə vuracağənı proqnozlaşdırırlar.

Image result for Politoloq Nəzakət Məmmədova

Politoloq Nəzakət Məmmədova bildirdi ki, Tramp bununla ilk növbədə, ABŞ-ın Yaxın Şərqdəki siyasətinə ölkəsinin ictimai rəyi – amerikalı vergi ödəyiciləri, eləcə də beynəlxalq ictimaiyyət qarşısında haqq qazandırmaq məqsədi güdür:“ABŞ-ın siyasəti həm ölkə daxilində, həm də beynəlxalq aləmdə kəskin tənqid olunur, xüsusilə, Rusiya, Türkiyə və İranda yüksək siyasi səviyyədə, hətta dövlət başçıları tərəfindən, bəzi Avropa və ərəb ölkələrində isə ictimai səviyyədə müzakirə olunur. ABŞ terror təşkilatları yaratmaqda, onları maliyyələşdirməkdə, müsəlman ölkələrində xaos yaratmaqda, inqilablar, dövlət çevrilişləri etməkdə, vətəndaş müharibələrini alovlandırmaqda ittiham edilir. Müsəlmanların bu cür sivilizasiyadan uzaq, barbar obrazında təsvir olunması birmənalı surətdə ABŞ-ın indiki Yaxın Şərq siyasətinə bəraət qazandırmaq, barbar bir cəmiyyətə demokratiya dəyərləri gətirmək istəyən dövlət obrazı yaratmaq və onun siyasətinə haqq qazandırmaq məqsədi daşıyır. Bu, bir dövlət başçısına yaraşmayan hərəkət olsa da, Tramp hələ öz seçki kampaniyası dövründə müsəlmanlara qarşı olan mənfi münasibətini gizlətmirdi. ABŞ-ın bugünkü Yaxın Şərq siyasəti bölgənin xəritəsinin yenidən çəkilməsinə, oradakı qüvvələr balansının yeni dünya reallığına uyğunlaşdırılmasına yönəlib və ərəb ölkələrinin bu coğrafiyadakı rolu yenidən nəzərdə keçirilir. Burada artıq ərəblər hegemon xalq statusunu itirərək, İsrailin imkanlarının genişləndirilməsi, kürdlərə dövlət yaradılması planı var. Ərəblərin timsalında müsəlmanların vəhşi, başqa dinlərə dözümsüz insanlar kimi təqdim olunması da bu baxımdan ABŞ-a lazımdır”.

Xanım politoloq ABŞ prezidentinin belə məsələlərdə savadlı və ya savadsız olmasının, şəxsi iradəsinin əsas rol oynamadığını düşünür: “Reyqan peşəcə aktyor idi, lakin Soyuq müharibə dövründə ABŞ-ın çox sərt xarici siyasət kursu məhz onun prezidentliyi müddətində həyata keçirilmişdi. Prezident daha çox onu bu vəzifəyə gətirən transmilli şirkətlər rəhbərləri, iri konsernlərin, ABŞ-da hakimiyyətə təsir edə biləcək güc mərkəzlərinin istəyini yerinə yetirir, müəyyən qədər də lobbi qruplarının marağını nəzərə ala bilər. Eləcə də Konqreslə də razılaşmağa məcburdur. Onun şəxsi xarakteri dediyimiz kimi siyasi proseslərə həlledici təsir göstərə bilmir. Çünki siyasi sistem elə qurulub ki, hakimiyyətin bütün qolları arasında güc balansı saxlanılır və prezidentin təkbaşına iradəsi bir çox mexanizmlərlə cilovlanır. Bu, Trampın sıx əlaqədə olduğu qruplar, güc mərkəzləri tərəfindən hazırda verilən təlimatın nəticəsi ola bilər. Həmin dairələrin xristiandan daha çox yəhudi lobbisi ilə sıx əlaqədə olduğunu düşünməyə əsas var. Trampın ətrafında daha çox nüfuzlu yəhudi dairələrinin olduğunu və onun siyasətinə təsir etdiyini də söyləmək olar. Xristian amili də var, istisna oluna bilməz, lakin yəhudi amilinin təsiri daha böyükdür. Müsəlman ölkələrinin susması səbəbinə gəlincə, onların hər birinin özünəməxsus səbəbi, ABŞ-dan asılılıq səbəbləri var. Lakin ümumi səbəb ondan ibarətdir ki, müsəlman ölkələrinin əksəriyyətində rəhbərlik xalqın iradəsi ilə yox, ABŞ və İngiltərənin yardımı ilə hakimiyyətə gəlib, bəzilərində monarxiya rejimi var və sülalələr dövlət yaranandan bəri birbaşa Qərbin dəstəyindən asılıdır. Bilirik ki, bir çox müsəlman ölkələri vaxtilə Osmanlının tərkibində olub və Birinci Dünya müharibəsinin sonunda “Avropanın xəstə adamı” adlandırılan bu imperiyaya qarşı xüsusilə İngiltərənin təhriki ilə üsyana başlamışlar. Həmin üsyançı tayfalardan olanlar anqlo-sakson güc mərkəzləri tərəfindən bəzi ərəb ölkələrində hakimiyyətə gətirilmiş və indiyədək də əməkdaşlıq davam edir. Suriya, Türkiyə, İran kimi ölkələr isə etiraz səsini qaldıran kimi gördüyümüz kimi terror, vətəndaş müharibəsi, sanksiyalar dövlət çevrilişləri cəhdləri, ərazi bütövlüyünə təhdid ilə üzbəüz qaldı.

Ona görə də bir çox müsəlman ölkələrinin rəhbərləri etiraz etməyə çəkinirlər. Çünki etiraz edən dövlətlərin və dövlət başçılarının vəziyyəti göz qarşısındadır. Lakin İslam aləmində həmrəyliyin olmaması, müsəlman ölkələrinin bir-birilə nüfuz savaşları da onların zəifləməsinə səbəb olur, ABŞ-ın və digər beynəlxalq güclərin onların daxili işlərinə müdaxiləsini asanlaşdırır. Burada ABS-ı ittiham edən islam aləmi bunun həm də öz aralarında həmrəyliyin olmaması səbəbindən irəli gəldiyini düşünməlidir. Anti-müsəlman mövqeyi ABŞ-ın dünyada, xüsusilə islam dünyasında nüfuzunun azalmasına, ona olan inamın getdikcə daha da zəifləməsinə, bunlarla yanaşı Türkiyə, İran kimi böyük müsəlman ölkələrinin Rusiya, Çin, Avropa Birliyi kimi güc mərkəzləri ilə birləşərək ABŞ-a qarşı qlobal güc balansı yaratmasına gətirib çıxara bilər. Əgər belə olarsa, bu, Amerikanın qlobal hegemonluğuna çox böyük zərbə, bəlkə də onun sonu olacaqdır”.

 

Dünya, Siyasət

Nəşr edilib: 2017/11/30 21:31

Baxış: 134


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06