Tünzalə Ağayeva imicində dəyişdi
Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.
Minval.info xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb.
Onun yeni saç imicinin üzərində stilist Fərid Bağırov çalışıb. Ağayeva məhz yeni klipi üçün dəyişdiyini bildirib. O, yeni halını şəxsi “İnstagram” hesabında paylaşıb.
Sözügedən görüntünü təqdim edirik.
XƏBƏR LENTİ
2024/08/20 16:13