“Türk Hava Yolları” Bakı-İstanbul reyslərini bərpa edir
Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” şirkəti (THY) Bakı-İstanbul-Bakı reyslərini bərpa edir.
Məlumata görə, artıq aviabiletlər satışa çıxarılıb.
“Əgər iyunun 15-də sərhədlər açılsa, THY uçuşları həyata keçirməyə başlayacaq. Sərhədlərin bağlı qalması müddəti uzadılsa, uçuşlar təxirə salınacaq. Amma bilet alanlar heç bir problemlə üzləşməyəcək. Onlar biletlərini geri qaytara və yaxud 2021-ci ilin sonuna qədər istənilən tarixə dəyişdirə biləcəklər”, – deyə THY-dən “Report”a bildirilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22


