Türkiyə çempionatının liderinin oyununa 1 azarkeş gəldi
“Antalyaspor” – “Başakşehir” matçında tribunada sadəcə 1 nəfər olub.
Minval.info xəbər verir ki, “Başakşehir” “Qalatasaray” və “Beşiktaş”ın qələbə qazandığı həftədə “Antalyaspor” ilə səfər oyununda qarşı-qarşıya gəlib.
İstanbul komandası yeni transferi Fyodor Kudryaşovun vurduğu qolla mübarizədən 1-0 qalibiyyət ilə ayrılıb.
“Qalatasaray”la arasındakı xal fərqini yenidən 6-ya çıxaran “Başakşehir”in səfər oyunundakı tribunası boş qalıb. Belə ki, matç öncəsi sadəcə1 bilet satılıb. Bununla “Başakşehir”in qalibiyyətinə canlı olaraq 1 azərkeş izləyib.
Aysel Fətullayeva
XƏBƏR LENTİ
2025/11/19 14:22

