Türkiyədə 18 nazir istefaya göndəriləcək

Türkiyə hökumətinin tərkibində ciddi dəyişiklik ediləcəyi və 18 nazirin istefaya göndəriləcəyi gözlənilir.

Minval.İnfo xəbər verir ki, bu barədə Türkiyənin aparıcı media orqanlarındna biri olan “Hurriyet” qəzetində yazılıb. Verilən məlumatda deyilir ki, hazırda ölkə siyasətinin gündəmində olan iki əsas mövzusudan biri Nazirlər Kabinetinin tərkibinin dəyişdirilməsidir. Bundan başqa, siyasi dairələrdə növbədənkənar parlament seçkisinin keçirilməsi də müzakirə olunur.

Məqalədə qeyd olunub ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yerli təşkilatlarında keçirilən konfranslar bu ilin martına qədər başa çatacaq. Bundan sonra partiyanın qurultayı keçiriləcək və  bu toplantıda AKP-nin yeni rəhbərliyi seçiləcək. Yeni rəhbərlik formalaşdırıldıqdan sonra parlament seçkisinin keçirilməsini təmin edəcək “seçki hökuməti” yaradılacaq.

Digər məlumatda isə deyilir ki, Türkiyə prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğan partiyanın qurultayını gözləməyəcək və yanvar ayı ərzində Nazirlər Kabinetinin tərkibini dəyişəcək. Qəzet iddia edir ki, Ərdoğan 18 naziri istefaya göndərərək onların yerinə yenilərini təyin edəcək.

AKP dəhlizlərində dolaşan məlumatlara görə, hazırda nazir vəzifəsi tutanlardan bir neçə nəfər işdən çıxarılandan sonra Ankara, İstanbul, İzmir, Bursa, Qaziantep və Antalya kimi böyük şəhərlərə ya vali (şəhər, vilayət rəisi, qubernator), ya da bələdiyyə sədri göndəriləcək. Hazırda isə hakim AKP rəhbərliyi bu məsələni də müzakirə edir.

Qeyd edək ki, Türkiyə hökuməti baş nazir, onun 5 müavini və 21 nazirdən ibarətdir.

Minval.İnfo

Siyasət

Nəşr edilib: 2018/01/04 10:49

Baxış: 174


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06