Türkiyədə ağır qəzada ölənlərdən ikisi azərbaycanlıdır
Dekabrın 18-də Qarsın Sarıqamış rayonunda baş verən faciəvi avtobus qəzasında 2-si Azərbaycan vətəndaşı olmaqla 4 nəfər həyatını itirib.
Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi “Twitter” səhifəsində məlumat yayıb.
Məlumatda deyilir:
“Bütün dünyasını dəyişən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı və səbr, yaralananlara isə tezliklə şəfa diləyirik”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

