Türkiyədə ağır yol qəzası — 6 ölü, 2 yaralı

Türkiyənin Konya şəhərində ağır yol qəzası baş verib.
Minval.info-nun “TRT haber”ə istinadən məlumatına görə, yük maşını ilə yüngül ticarət avtomobilinin toqquşması nəticəsində 6 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.
Yaralanan şəxslər yük maşınının sürücüsü və avtomobildə olan bir nəfərdir. Yaralılar Konya Şəhər Xəstəxanasına yerləşdirilib.
Yük maşınının sürücüsü ona göstərilən tibbi yardımdan sonra polis tərəfindən saxlanılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

