Türkiyədə daha bir ağır yol qəzası, azı 8 nəfər ölüb
Türkiyənin Mardin vilayətinin Derik rayonunda ağır yol qəzası baş verib.
Musavat.com xəbər verir ki, əyləci partlayan qoşqulu yük maşını avtomobillərə çırpılıb və daha sonra yol kənarında olan insanların üzərindən keçib.
İlkin məlumata əsasən, hadisə nəticəsində səkkiz nəfər ölüb, çox sayda yaralı var.
Bölgəyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

