Türkiyədə daha bir meşə yanğını başladı

Türkiyədə daha bir meşə yanğını başlayıb.
Minval.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, yanğın dünən axşam saatlarında Hakkarinin Şemdinli bölgəsində başlayıb. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam edir.
Bildirilir ki, yanğın küləyin təsiri ilə daha geniş əraziyə yayılıb. Bu səbəbdən də, yanğınsöndürənlər yanğının yaşayış yerlərinə çatmaması üçün lazımi tədbirlər görür.
Qeyd edək ki, Türkiyə bu ilin avqustunda güclü meşə yanğınları ilə üzləşib. Sentyabrın 1-i Çanaqqala vilayətinin Bayramiç rayonunda da meşədə yanğın olub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

