Türkiyədə II Türk Qurultayı keçirildi – FOTOLAR

Türkiyənin Sapanca bölgəsində İkinci Türk Dünyası Məşvərət Qurultayı keçirilib.

Minval.İnfo xəbər verir ki, türk dünyası üçün önəmli olan qurultayı türk millətçilərinin qurduğu “Əhdə vəfa 78” dərnəyi və MHP -yə bağlı tanınmış ülküçülər təşkil edib. “Yeni Müsavat” Media Qrupu qurultaya informasiya və təşkilati dəstək verən qurumlar sırasındadır.

Qurultaya türk dünyasından, o cümlədən Azərbaycandan şair, yazar, jurnalist və millət vəkilləri qatılıb.

Azərbaycandan gedən heyətdə millət vəkilləri Qənirə Paşayeva, Fərəc Quliyev, media təmsilçiləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Mətbuat Şurasının İH-nin üzvü Azər Həsrət, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, yazar, polkovnik Novruz Həsənov, DGTYB Məsləhət Şurasının başqanı, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı və “Minval.İnfo” saytının baş redaktoru Məhəmməd Türkmən olub.

Qurultaya Orta Asiya respubliklarından, məsələn, Qazaxıstandan Qazaxıstan Yazıçılar Birliyinin birinci köməkçisi, şair Akberen Elgezek,  “Jalin” jurnalının yazarı Erkinbek Serikbay, Yasevi adına Qazax-Türk Universitetinin müəllimi, şair-tərcüməçi, Dos.Dr. Gülnaz Fayzulla, şair, telejurnalist Tanagöz İlyas, Qırğızıstandan Manas Universitetinin müəllimi, şair-tərcüməçi Altınbek İsmayılov, şair-tərcüməçi Bekbolat Sarıbay, Özbəkistandan şair-tərcüməçi Fəxrəddin Nizamov, “Kitab Dünyası” qəzetinin baş redaktoru, şair-tərcüməçi Xasiyyət Rüstəm, Özbəkistan Ədəbiyyat Muzeyinin direktoru Pr.Dr. Cabbar İşenkul və “Türkiyənin səsi” radiosu Türkmən şöbəsinin rəhbəri Murad Toylu kimi nüfuzlu ziyalılar, jurnalistlər, yazarlar qatılıb.

Qurultay boyunca çıxışlar edilib, türk birliyinin vacibliyi dilə gətirilib. Millət vəkilləri, müxtəlif ölkələrdən gələn media təmsilçiləri, şairlər, yazarlar ortaq dil, türk dövlətlərin iqtisadi, siyasi cəhətdən bir-birilərinə dəstək olmaları, ortaq qərarlar almaları barəsində çıxışlar edib, təkliflər irəli sürüblər.

Tədbirin sonunda qurultaya dəstək verən, tədbirdə iştirak edən millət vəkillərinə, ziyalılara, media nümayəndələrinə, şair və yazarlara plaket hədiyyə edilib.

Minval.İnfo

Vacib

Nəşr edilib: 2018/07/29 1:03

Baxış: 1040


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06