Türkiyədə inflyasiya səviyyəsi yüksəlib

Türkiyədə avqust ayında illik inflyasiya istehlak qiymətləri üzrə 19,25 %, istehsal qiymətləri üzrə isə 45,52 % təşkil edib.

“MİNVAL.İNFO” xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsinin məlumatında bildirilib.

İstehlak qiymətləri indeksi avqustda aylıq ifadədə 1,12 %, istehsal qiymətləri indeksi isə 2,77 % artıb.

İstehlak qiymətləri indeksində illik ifadədə ən az artım alkoqollu içkilər və tütün məmulatlarında (1,79 %) olub. Sonrakı sırada isə kommunikasiya xidmətləri (4,79 %), geyim və ayaqqabı (7,47 %), təhsil haqları (10,75 %) gəlir. Ən yüksək artım isə qida və alkoqolsuz içkilərdə (29 %) müşahidə olunub. Sonrakı sırada isə ev əşyaları (22,91 %) nəqliyyat xidmətləri (21,76 %) yer alıb.

İstehlak qiymətləri indeksində aylıq ifadədə azalma göstərən sahələr geyim və ayaqqabı (3,08 %) və nəqliyyat xidmətləri (0,77 %) olub, alkoqollu içkilər və tütün məmulatları (0,18 %), səhiyyə (0,31 %) və təhsil (0,58 %) haqları üzrə ən az artım qeydə alınıb. Ən yüksək artım isə ardıcıl olaraq qida və alkoqolsuz içkilər (3,18 %), restoran və otel sahəsində (2,27 %) və ev əşyaları (1,38 %) üzrə yaşanıb.

İstehsal qiymətləri indeksində illik ifadədə ən az artım geyim əşyaları (10,77 %), dəri və əlaqədar məhsullar (12,73 %) üzrə olub. Ən yüksək artım isə əsas metallar (100 %-dən çox), koks və təmizlənmiş neft məhsulları (92,19 %), xam neft və təbii qaz (82,69 %) üzrə nəzərə çarpıb.

İstehsal qiymətləri indeksində aylıq olaraq koks və təmizlənmiş neft məhsulları (3,11 %), əsas əczaçılıq məhsulları və preparatları üzrə (0,14 %) azalma qeydə alınıb. Ən yüksək artım isə elektrik, qaz və buxar istehsalı (19,53 %), ağac və mantar istehsalı (mebel məhsulları istisna olmaqla) (6,61 %) və metal filizləri (5,54 %) üzrə müşahidə edilib.

Maliyyə

Nəşr edilib: 2021/09/04 15:19

Baxış: 28


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06