Türkiyədə əməliyyat: qaçaqmal siqaret aparan azərbaycanlı saxlanıldı

Türkiyənin Qars vilayətində üzərində qaçaqmal siqaret olan azərbaycanlı saxlanılıb.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qars Jandarma Komandanlığı və Qaçaqmalçılıqla Mübarizə İdarəsinin Kağızman-İğdır quru yolunda keçirdiyi əməliyyat nəticəsində sərnişin avtobusunda azərbaycanlı A.R adlı şəxsin çemodanından 1480 qutu aksizsiz siqaret tapılıb.
Qanunu pozan Azərbaycan vətəndaşı 20 min 720 lirə cərimə olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

