Türkiyədən uçan təyyarə Rusiyada enməzdən qabaq qəza siqnalı verib

Türkiyənin Antalya şəhərindən sərnişin layneri Sankt-Peterburqa enməzdən əvvəl qəza siqnalı verib.
Minval.info-nun “İnterfaks”a istinadən verilən məlumata görə, Antalyadan Rusiyanın Sankt-Peterburq şəhərinə uçan “Airbus A319” təyyarəsi müəyyən olunan vaxtda eniş etməyərək uçusu yerdən aşağı məsafədə davam edib. Bundan sonra qəza siqnalı verilib.
Daha sonra təyyarənin Sankt-Peterburqa sağ-salamat eniş etdiyini bildirilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

