Türkiyədə polis rəisi silahlı hücumda öldürüldü – Atəş açan da polisdir…
Türkiyənin Rizə vilayətinin polis rəisi Altuğ Verdi silahlı hücum nəticəsində öldürülüb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, silahlı hücum yol polisi tərəfindən idarənin binasında həyata keçirilib. Hadisə zamanı daha 2 polis əməkdaşı yaralanıb.
Yaralı polislər xəstəxanaya yerləşdiriliblər. Polis binası və ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

