Türkiyədə qəzəbli ata ailəsini güllələyib intihar etdi
Türkiyədə bir evdə üçü uşaq olmaqla, beş nəfərin cəsədi tapılıb.
Minval.info xəbər verir ki, Mərsin şəhərinin Gündoğdu məhəlləsində iki mərtəbəli evin damında beş cəsəd aşkarlanıb. Məlum olub ki, bunlar ata Məhmət (42), ana Zəhra (35), uşaqları Onur (17), Rabia (12) və Əsmanur (5) Kayadır.
Araşdırmalarla müəyyənləşdirilib ki, əsəbi ata yatılı olan arvadını və uşaqlarını güllələyib. Bundan sonra eyni silahla intihar edib. Cinayət silahı atanın yanında aşkarlanıb.
Ailənin yaxınları bildirib ki, Məhmət Kaya işsiz olduğu üçün psixoloji problemlər yaşayırmış.
Hadisə qonşuların şübhələrindən sonra ortaya çıxıb.
Faktla bağlı araşdırmalar davam edir.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

