Türkiyədə qanunsuz miqrantları daşıyan qayıq batdı
Türkiyənin İzmir əyaləti yaxınlığında içərisində qeyri-leqal miqrantların olduğu qayıq batıb. Yerli mətbuat yazır ki, qayıqda 12 miqrant olub.
Onlardan 2 nəfəri sahilə çıxa bilib. Hazırda digər 10 nəfərin xilas edilməsi üçün əməliyyat keçirilir.
Xatırladaq ki, ötən ay İzmir sahillərində daha bir qayığın batması nəticəsində 30 miqrant həlak olmuşdu.
XƏBƏR LENTİ
2025/11/19 14:22

