Türkiyədə yanğınsöndürən maşın aşdı- Yaralananlar var
Muğlanın Marmaris rayonunda yanğınsöndürən maşın aşıb. Hadisə nəticəsində 4 nəfər yaralanıb.
Minval.info “CNN Türk”ə istinadən xəbər verir ki, Manisadan Marmarisə gələn və Turunç məhəlləsindəki yanğına müdaxilə edən qrupun su maşını aşıb. Qəza nəticəsində zərər görən 4 nəfər Marmaris Dövlət Xəstəxanasına aparılıb. Onlardan ikisinə ilkin tibbi yardım göstərildikdən sonra evə göndərilib, digər iki nəfər isə müşahidə altına alınıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

