Тürkiyədə zəlzələ oldu

Türkiyədə 5 bal gücündə zəlzələ baş verib.
Musavat.com-xəbər verir ki, bu barədə Türkiyənin Fövqaladə Hal İdarəsinin saytında məlumat yer alıb. Məlumatda qeyd edilib ki, yerli vaxtla saat 23:22-də baş verən zəlzələnin episentri Muğla əyalətinin Ula rayonu, zəlzələnin ocağı 12.19 km dərinlikdə olub. Zəlzələ Rixter şkalası üzrə 5 bal gücündə olub.
İlkin məlumata əsasən, zəlzələdə dağıntı və xəsarət alan olmayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

