Türkiyə klubunun futbolçusu millimizdə – Qurban Qurbanovdan dəvət

Millimizin sabiq üzvü Ufuk Budak yenidən yığmamızda çıxış edəcək.
Minval.İnfo Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə seçməmizin baş məşqçisi Qurban Qurbanov qərar verib.
Türkiyə PTT 1-ci Liqasında çıxış edən “Samsunspor”un üzvü martın 18-də millimizin düşərgəsinə qoşulacaq. O, martın 23-də Belarus, 4 gün sonra isə Makedoniya yığmaları ilə yoldaşlıq oyunları üçün baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

