Türkiyəli aktrisa sevgilisinin İrandakı evində karantinə alındı – Fotolar
“Masallardan geriye kalan” filmi ilə məşhurlaşan aktrisa İlayda Akdoğan İranda köməksiz vəziyyətdə qalıb.
Minval.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa iranlı basketbolçu sevgilisini görmək üçün İrana gedib. Orada olarkən koronavirusun yayıldığını və ölüm hallarının artdığını eşidən aktrisa Türkiyəyə geri dönmək istəsə də, təyyarə reysləri ləğv edildiyi üçün orada qalmağa məcbur olub. Sevgilisinin evindən fotolar paylaşan Akdoğan evdən çıxmadığını və özünü karantinə aldığını bildirib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

