Türkiyəli gözəllər Bakıda podiuma çıxdı – FOTOLAR
Türkiyənin tanınmış modelləri Çağla Şikel, Özge Ulusoy, Merve Büyüksaraç, Tuba Melis Türk, Didem Soydan və başqaları Bakının qonağı olub.
Minval.info xəbər verir ki, onlar “Dosso Dossi Fashion Show”da podiuma çıxıblar.
Dəfiləyə Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva qatılıb. Dəfilədə diqqət çəkən məqam modellərin səhnədə axsaması olub. G. Musayeva bildirib ki, ayaqqabıları narahat olduğu üçün yeriməkdə problem yaşayıblar. G. Musayevanın sinə dekoltesi də diqqətdən qaçmayıb.
Qeyd edək ki, bu gün axşam Rusiyanın tanınmış müğənnisi Soso Pavliaşvili, Azərbaycanın əməkdar artisti Röya Ayxan gecə klublarının birində çıxış edəcək.
Damla
Fotolar: Fərid Özay
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22





































