Türkiyə məktəbində Azərbaycan dili dərsi yarışı – VİDEO
Türkiyədə müəllimlərdən biri dərs zamanı şagirdlər arasında azərbaycan dili ilə bağlı söz yarışması keçirib.
Minval.info xəbər verir ki, müəllim məktəblilərdən sıra ilə türkçə sözlər deyərək Azərbaycan dilində qarşılığını soruşub. Bu zaman maraqlı görüntülər meydana çıxıb. Şagirdlər həvəslə müəllimin suallarına cavab tapmağa çalışıb. Onların çoxu sözlərin qarşılığını düzgün tapıblar.
Video sosial şəbəkələrdə yayıldıqdan sonra həmyerlilərimiz buna müsbət reaksiya verib. Onların əksəriyyəti müəllimə uğurlar diləyiblər və təşəkkürlərini bildiriblər. Eyni zamanda ölkəmizdə də belə maraqlı dərslərin keçirilməsini arzulayıblar.
XƏBƏR LENTİ
2025/11/19 14:22

